“Uber” avstraliyalı taksi sürücülərinə fantastik məbləğ ödəyəcək

Minlərlə taksi sürücüsü və icarəyə götürülmüş avtomobil sahibləri “Uber”i taksi lisenziyası tələb edən qanunları pozmaqda ittiham ediblər.

Şirkət avstraliyalı taksi operatorları və sürücülər tərəfindən qaldırılan qrup iddiasını həll etmək üçün onlara 178 milyon dollar ödəyəcək.

Bildirilib ki, qrup iddiası 2019-cu ildə Viktoriya Ali Məhkəməsində 8 000-dən çox taksi və kirayə avtomobil sahibi, eləcə də sürücülərin adından qaldırılıb.

Mənbə: forbes.ru

0.71122717857361