Azərbaycanlı hakim-inspektor Yunanıstan yığmasının oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyununda iş başında olacaq.

Asim Xudiyev Yunanıstan - Andorra qarşılaşmasının hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, görüş martın 26-da baş tutacaq.

0.0713050365448