Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb.

“Trend”in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bundan əvvəl Zeynəb Sultanova 25 metr məsafədən sürətli atıcı kiçik çaplı tapança ilə atıcılıq yarışında birinci yeri tutub.

Qeyd edək ki, ISAS-2024 turniri martın 24-də başa çatacaq.

0.087862014770508