“Real Madrid”ın qapıçısı “Mançester Yunayted”ə keçə bilər

“Real Madrid”in qapıçısı Andrey Lunin “Mançester Yunayted”dən transfer təklifi alıb.

Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir.

İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq futbolçunun özü gələcəyi ilə bağlı hələ qərar verməyib.

“Real Madrid” rəhbərliyi və Karlo Ançelotti isə Luninin böyük potensiala malik olduğuna inanır, buna görə də klub onunla müqavilənin uzadılmasında israrlıdır.

Xatırladaq ki, Andrey Lunin cari mövsümdə “Real”ın heyətində 10 oyunda qapısını toxunulmaz saxlayıb və geridə qalan 13 oyunda 19 qol buraxıb. “Mançester Yunayted”in əsas qapıçısı Andre Onana isə bu mövsüm keçirdiyi 39 oyunda qapısında 60 top görüb.

Mənbə: championat.com

0.14718389511108