Azərbaycan millisi Bolqarıstan yığması ilə heç-heçə edib - YENİLƏNİB + VİDEO

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində növbəti oyununu keçirib.

hakimiyyet.az-ın məlumatına görə, yığma Bolqarıstan seçməsi ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma heç-heçə başa çatıb - 1:1.

59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

21:48

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda növbəti qol vurulub.

hakimiyyet.az xəbər verir ki, Azərbaycan millisi 87-ci dəqiqədə hesabı bərabərləşdirib - 1:1.

Komandanın heyətində Musa Qurbanlı fərqlənib.

21:19

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda hesab açılıb.

hakimiyyet.az xəbər verir ki, qonaqların heyətində Filip Krastev 59-cu dəqiqədə fərqlənib.

21:04

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ikinci hissə başlayıb.

hakimiyyet.az  xəbər verir ki, hələlik matçda hesab açılmayıb.

20:50

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsində keçirilən yoldaşlıq oyununda ilk hissə başa çatıb.

hakimiyyet.az xəbər verir ki, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

20:02

Bakıda Azərbaycan və Bolqarıstan milliləri arasında “FIFA series–Edition 2024” layihəsindəki yoldaşlıq oyunu başlayıb.

hakimiyyet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matç saat 20:00-da start götürüb.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

19:08

“FIFA series–Edition 2024” layihəsində üz-üzə gələcək Azərbaycan və Bolqarıstan millilərinin start heyətləri bəlli olub.

hakimiyyet.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov

Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da start götürəcək.

09:16

Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində bu gün növbəti oyununu keçirəcək.

hakimiyyet.az-ın məlumatına görə, yığma Bolqarıstan kollektivi ilə üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlanacaq.

Görüşü estoniyalı hakim Kristo Tohver idarə edəcək.

“FIFA series - Edition 2024”

25 mart

20:00. Azərbaycan - Bolqarıstan

Baş hakim: Kristo Tohver (Estoniya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandamız ilk matçında Monqolustana, bolqarlar isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

0.081051826477051