21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.
“Qarabağ Arena”da baş tutan qarşılaşma qonaqların qələbəsi ilə bitib - 0:3. Qolları Aleksandr Yatsık (25`), Oleq Oçeretko (40`), Valentin Rubçinskiy (56`) vurublar.
Bu nəticədən sonra F qrupunda xallarının sayını 18-ə çatdıran Ukrayna liderdir. Azərbaycan millisi 3 xalla sonuncu pillədə qərarlaşıb.
U-21 yığmamız martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.
09:12
Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
hakimiyyet.az-ın məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna kollektivi ilə üz-üzə gələcək.
“Qarabağ Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək. Görüşü xorvatiyalı Dario Bel idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı F qrupunda 3 xalla sonuncu pillədə qərarlaşıb. Ukrayna yığması isə 15 xalla liderdir. U-21 martın 22-də İngiltərəyə 1:5 hesabı ilə uduzub.