“Qarabağ”ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov məhz bu kluba keçmək qərarına gəlməsinin səbəbini açıqlayıb.
“Mən “Qarabağ”a konkret məqsədi həyata keçirmək üçün - özümü sübut etmək üçün gəlmişəm. Zədədən, oyun vaxtı və səhhət baxımından “Bayer”dəki uğursuz dönəmdən sonra dəqiq məqsədim var idi. Sadəcə olaraq stabil vəziyyətimə və futbola qayıtmaq”, - “MatchTV” Lunyovun sözlərindən sitat gətirib.
Qeyd edək ki, Lunyov 2021-2023-cü illərdə Almaniyanın “Bayer” klubunun futbolçusu olub, lakin üç matçda çıxış edərək bu komandada heç vaxt möhkəmlənə bilməyib. 32 yaşlı rusiyalı qolkiper 2023-cü ilin avqustunda Azərbaycan təmsilçisi ilə müqavilə imzalayıb.