Şahzadə Harrinin adı reper Şon Kombsun (R.Diddi) intim məclislərilə bağlı qalmaqallı işdə hallanır.
ABŞ məhkəmə sənədlərinə əsasən, bu məclislərdə kişi və qadınlara, yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz baş verib.
30 milyon dollarlıq iddianı prodüser Rodni Cons məhkəməyə təqdim edib. O, iddia edir ki, Sasseks hersoqu və digər ulduzlarla “tanışlıq” Kombsun məclislərinə “legitimlik” verib.
Consun vəkilləri iddia edirlər ki, qonaqlar reperin “məşhur idmançılar, siyasi xadimlər, sənətçilər, musiqiçilər və Britaniya kral ailəsi kimi nüfuzlu şəxslərlə əlaqələri” səbəbindən onun intim məclislərinə cəlb olunublar.
Eyni zamanda, sənədlərdə Şahzadə Harrinin heç bir qanun pozuntusuna dair dəlil yoxdur. O, təqsirləndirilən şəxs deyil və 73 səhifəlik sənəddə yalnız bir dəfə adı çəkilir.
Mənbə: iz.ru