Tbilisidə rezin güllələr işə düşdü: Yaralananlar var - YENİLƏNİB + VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən kütləvi aksiyada üç polis əməkdaşı yaralanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aksiyanın keçirildiyi yerdə “yetəri sayda təcili yardım briqadası səfərbər olunub, tibb işçiləri vətəndaşları bütün lazımi dərmanlarla təmin edir”.

“Bu vaxta qədər hüquq-mühafizə orqanlarının üç əməkdaşı xəstəxanaya yerləşdirilib”, - məlumatda diqqətə çatdırılıb.

Qeyd edək ki, aksiya iştirakçılarını dağıtmaq üçün polis rezin güllələrdən istifadə edib.

Mənbə: TASS

2:24

Tbilisidə parlamentin yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə etiraz edənlərlə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşmalar baş verib.

Məlumata görə, polis nümayişçilərə qarşı bibər qazından istifadə edib.

Polis və çevik qüvvələr etirazçıları parlament binasının arxasından uzaqlaşdırmağa çalışıblar və bu, iğtişaşlarla nəticələnib.

Həmçinin etirazçılara qarşı su şırnaqlarından da istifadə olunub. Onlar tədricən dağılışıblar.

Mənbə: TASS

4.426689863205