Səudiyyə klubu “Mançester Yunayted”in əsas yarımmüdafiəçisi ilə maraqlanır - FOTO

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro yayda Səudiyyə Ərəbistanı klublarından birinə keçə bilər.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə türkiyəli jurnalist Ekrem Konur özünün “X” sosial şəbəkəsində yazıb.

Yarımmüdafiəçi ilə hansı klubun maraqlandığı barədə məlumat verilmir.

Kazemiro Braziliyanın “San Paulu” klubunun yetirməsidir. 2013-cü ildə “Real Madrid”in oyunçusu olub və 9 ildən sonra “Mançester Yunayted”ə keçib.

Bu mövsüm 32 yaşlı müdafiəçi yarımmüdafiəçi bütün turnirlərdə 21 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.

Futbolçunun mankunianlarla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

“Transfermarkt” portalı Kazemironun bazar dəyərini 30 milyon dollar dəyərində qiymətləndirir.

0.14015293121338