“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu

Futzal üzrə Estoniya çempionatının növbəti mövsümü başa çatıb.

Həmyerlilərimizə məxsus “Viymsi Qarabağ” klubu bürünc medallara sahib olub.

Üçüncü yer uğrunda görüşdə “Viymsi Qarabağ” “Tartu Ravens”lə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Bütün qollar oyunun ikinci hissəsində - ilk olaraq Yuri Dmitrenko, daha sonra isə iki dəfə komandanın məşqçisi Vitali Katerinin tərəfindən vurulub.

Xatırladaq ki, ötən mövsüm də bürünc uğrunda mübarizədə həmin rəqiblər qarşılaşıb. Həmin oyunda Viyms komandası 5:2 hesabı ilə qalib gəlib.

Mənbə: err.ee

0.10686182975769