İtaliya A Seriyasının XXX turunda “Napoli” doğma meydanda “Atalanta”nı qəbul edib.
hakimiyyet.az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 26-cı dəqiqədə A.Mirançuk açıb. G.Skamakka 45-ci dəqiqədə hesab arasındakı fərqi artırıb. 88-ci dəqiqədə T.Kopmeyners görüşdə yekun hesabı müəyyənləşdirib.
Qələbə sayəsində “Atalanta” altıncı pillədəki yerini (50 xal) qoruyub saxlayıb. 45 xalı olan “Napoli” yeddinci pillədə qərarlaşıb.