İtaliya A Seriyasında 30-cu turun oyunları keçirilir.
hakimiyyet.az xəbər verir ki, son çempion “Milan” səfərdə “Fiorentina” ilə qarşılaşıb.
Florensiyadakı matçda qonaqlar 1:2 hesabı ilə qalib gəliblər.
47-ci dəqiqədə “Milan” hesabda önə keçib. Qolu hücumçu Ruben Loftus-Çik vurub. 50-ci dəqiqədə meydan sahibləri hesabı bərabərləşdiriblər. Yarımmüdafiəçi Cozef Alfred Dunkan qola imza atıb. Matçın 53-cü dəqiqəsində Rafael Leau qonaqları yenidən hesabda irəli çıxarıblar - 1:2.
“Milan” hazırda turnir cədvəlində ikinci yerdədir. Komanda 30 görüşdən 65 xal toplayıb. “Fiorentina” isə 29 oyundan sonra 43 xalla 10-cudur.