İspaniya Premyerasının 30-cu turunda “Barselona” “Las Palmas”ı qəbul edib.
hakimiyyet.az xəbər verir ki, oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Matçın yeganə qolu 60-cı dəqiqədə vurulub. “Barselona”nın braziliyalı cinah oyunçusu Rafinya fərqlənib.
Qeyd edək ki, qonaqlar 24-cü dəqiqədən qapıçı Alvaro Vallesin meydandan qovulmasından sonra on nəfərlə oynayıblar.
Bu qələbədən sonra katalon klubu 67 xal toplayıb. Xavinin komandası lider “Real Madrid”dən beş xal geri qalaraq ikinci pillədə qərarlaşıb. “Las Palmas” isə 37 xalla 12-cidir.