Həbib Nurməhəmmədov ölümlə hədələndi

Dağıstanda Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədovu öldürməklə hədələyən şəxs saxlanılıb.

Bildirilib ki, Mahaçqala sakini “Instagram”da Nurməhəmmədov və Dağıstan polisi haqqında nalayiq ifadələr işlədib.

O bildirib ki, hər adamı deyil, onun tərtib etdiyi siyahıdakı insanları öldürmək lazımdır. Siyahıda adları çəkilənlər arasında Dağıstanın Dubki kəndinin polis rəisi Abdulraşid Hacıyev və Həbib Nurməhəmmədov olub.

Mahaçkala sakini onları öldürəcəyinə və irsini məhv edəcəyinə söz verib.

Videonu hüquq-mühafizə orqanlarının əməkdaşları aşkar ediblər. Müəllif tapılıb. Məlum olub ki, o, İbrahim adlı 27 yaşlı gəncdir.

O, tutularaq polis bölməsinə aparılıb və araşdırmalara başlanılıb. Hazırda cinayət işinin başlanması məsələsi həll edilir.

Bundan bir qədər əvvəl Həbib Nurməhəmmədov da “Crocus City Hall” konsert zalında törədilən terror aktını pisləyib və bu hücumun təşkilatçılarını qeyri-insan adlandırıb.

Mənbə: “Mash” “Telegram” kanalı

0.080690860748291