Fransız aktyor Alen Delonun qızı Anuşka qardaşları Entoni və Alen-Fabieni şəxsi həyatına müdaxilə etdiyi üçün məhkəməyə verib.
İddia ərizəsində qeyd edilib ki, qardaşlar onun atası ilə söhbətinin gizli çəkilmiş videosunu sosial şəbəkələrdə yayımlayıblar.
Məhkəmə iclası 2025-ci ilin aprelində olacaq.
88 yaşlı Alen Delonun övladları yanvar ayından məhkəmədədirlər. Qardaşlar bacılarını atalarının sərvətindən sui-istifadə etməkdə ittiham edirlər.
Yanvarın sonunda Delon məhkəmə nəzarətinə verilib və bir sıra hüquqlar, o cümlədən əmlak üzərində sərəncam vermək imkanları məhdudlaşdırılıb.
Mənbə: gazeta.ru