Böyük Dəbilqə: Azərbaycanın daha bir cüdoçusu finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.

hakimiyyet.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov həlledici raunda vəsiqə qazanıb.

Bu gün tatamiyə çıxan Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev finalda uduzaraq (73 kq) gümüş medal qazanıb.

11:12

Bu gün Azərbaycanın daha üç cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

hakimiyyet.az xəbər verir ki, yarışın sonuncu günündə Vüqar Talıbov (90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikidi +100 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, turnirdə daha əvvəl Azərbaycanın altı cüdoçusu qüvvəsini sınayıb. Yalnız Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.

0.080985069274902