Azərbaycanın gimnastika millisi Fransada qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə uğurlu çıxış edib.

hakimiyyet.az xəbər verir ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli yarışda qızıl medal qazanıb.

Yığma beş halqa ilə hərəkətin icrasında birinci olub.

14:40

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın Tiye şəhərində keçirilən 35-ci beynəlxalq Qran-pridə finala yüksəliblər.

Bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Bildirilib ki, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət milli həlledici raunda vəsiqə qazanıb.

Onlar beş halqa, eləcə də üç lent və iki topla hərəkətlərin icrasında fərqləniblər.

0.093292951583862