Polis zabitləri vətəndaşın pulunu niyə qaytarmır ?

Polis  zabitləri  vətəndaşın pulunu niyə qaytarmır ? 

 

Vətəndaş Orxan Babayev 5 aydır polis zabitlərinin tələsinə düşüb. 

 

 Belə ki Orxan Babayev  dostunun oğlunun  probleminin həlli üçün  tanışı olan Emin adlı polis  zabitindən kömək etməyi xahiş edir.Polis zabiti bunun üçün 5 min manat pul lazım olduğunu  ona bildirir. Orxan  Babayev bu barədə dostuna  məlumat verir. Və dostu razılaşıb 5 min manatı  Orxan Babayevə verir. Orxan isə pulu polis zabiti olan tanışına çatdırır.Həmin vaxtdan 5 ay keçsə də problem həll olunmur və polis zabiti pulu qaytarmır. Emin adlı polis zabiti pulu polis dostu olan Rəşada verdiyini, o isə öz Nazirlikdə polis həmkarına verdiyini bildirir. Beləcə 5 ay keçsə də nə problem həll olunur, nə də pul qayıdır.

Belə olanda Orxan Babayevlə dostu arasında münaqişə yaranır. Və Orxan polis zabitinin  təkidi ilə məcbur olub evindəki qızıl-zinət əşyalarını lombarda qoyaraq dostunun 5 min manatını qaytarır. Polislər isə Orxana söz verir ki, həm 5 min manatı, həm də lombarda hər ay ödədiyi 500 manatı qaytaracaqlar. Ancaq Orxan 2 aydır lombarda 1000 manat  ( = 500 + 500 ), yəni cəm halda 6000 manat = 5000 + 1000 ödəməsinə baxmayaraq polislər hər gün bir yalan uydurub Orxanın pulunu qaytarmır.  Və beləcə problem davam edir.

Əsas olaraq bildiririk ki, danışıq səsləri və video görüntüləri növbətli dərcimizdə olacaqdır. Araşdırmamız davam edir.

0.066571950912476