“Çelsi”nin futbolçuları rəhbərliyi baş məşqçini istefaya göndərməyə çağırıblar

“Çelsi”nin bir neçə futbolçusu klub rəhbərliyini cari mövsümün sonunda klubun baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərməyə çağırıb.

Xatırladaq ki, İngiltərə çempionatının 30-cu turunun matçında “Çelsi” “Bernli” ilə heç-heçə edib (2:2). Bu matçdan sonra “Çelsi”nin bəzi futbolçuları London klubunun rəhbərliyi ilə danışıb və orada məşqçidən narazılıqlarını bildiriblər. Rəhbərliyə açıq şəkildə bildiriblər ki, Poçettinonun istefasını istəyirlər.

“Çelsi” hazırda 40 xalla İngiltərə çempionatının turnir cədvəlində 11-ci yerdədir. Komanda növbəti mərhələdə “Mançester Yunayted”lə qarşılaşacaq.

Poçettino 2023-cü ildən “Çelsi”də baş məşqçidir. Mütəxəssisin klubla müqaviləsi 2025-ci ilə qədərdir.

Mənbə: Championat

0.038475036621094