Əgər “Crocus City Hall”da törədilən terror aktında əlləri olduğu təsdiqlənərsə, Ukrayna rəhbərliyi Stepan Banderanın taleyi ilə üzləşəcək.
Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib.
O, Ukraynanı terror dövləti adlandırıb.
Medvedevin fikrincə, hətta Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və ya Ukrayna Prezidenti Volodimir Zelenskinin təqsirlərini sübut etmək üçün kifayət qədər dəlil olsa da, onlar Beynəlxalq Cinayət Məhkəməsində və ya digər oxşar orqanlarda mühakimə olunmayacaqlar.
“Bəs nə etməli? Fürsət düşən kimi liderləri aradan götürmək lazımdır, Kiyevdə və ya başqa bir münasib yerdə”, - deyə Medvedev yazıb.