İtaliya Kuboku: “Yuventus” finalın qapısını araladı - VİDEO

Turində İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk oyunu baş tutub.

Yerli “Yuventus” ilə Romanın “Latsio” klubları arasındakı qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə başa çatıb - 2:0.

50-ci dəqiqədə Kyeza, 64-cü dəqiqədə isə Vlahoviç fərqləniblər.

Qeyd edək ki, bu cültüyün cavab matçı aprelin 23-də Romada keçiriləcək. Onun qalibi “Fiorentina” - “Atalanta” duelinin qalibi ilə finalda qarşılaşacaq.

 

0.086434841156006