Türkiyənin İstanbul şəhərində Üsküdar sahil yolunda bir kişi paltarını soyunub, şəxsi əşyalarını bir kənara qoyub və dənizə atılıb.
Dənizə tullanan şəxs xeyli müddət üzdükdən sonra gözdən itib.
Hadisə şahidləri məsələ ilə bağlı polisə məlumat veriblər. Hadisə yerinə gələn sahil mühafizəsi və təhlükəsizlik qrupları sahil zolağı boyunca genişmiqyaslı axtarışlara başlayıb.
Lakin hələlik yoxa çıxan kişi tapılmayıb.
Mənbə: İHA