Kürdəmir rayonunda “KamAZ” yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 178-ci km-də, Kürdəmir rayonunun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşınının sürücüsü, Zəngilan rayon sakini, 51 yaşlı Seymur Sahib oğlu Abdullayev Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq beton səkiyə çırpılıb və nəqliyyat vasitəsində olan yük də yola dağılıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.