Avropa Liqasında 939 milyon avroluq final

Mayın 22-də UEFA Avropa Liqasının finalında qarşılaşacaq İtaliyanın "Atalanta" və Almaniyanın "Bayer Leverkuzen" komandalarının ümumi oyunçu dəyərinin 939 milyon avro olması diqqət çəkir.

Almaniyanın "Transfermarkt" saytının hazırkı məlumatlarına görə, "Atalanta"nın heyəti 348,6 milyon, "Bayer"in isə 590 milyon avro dəyərindədir.

İtaliyalı müdafiəçi Giorgio Skalvini 45 milyon avro ilə "Atalanta"nın ən dəyərli futbolçusu olub. "Bayer Leverkuzen"də isə alman yarımmüdafiəçi Florian Virtz 110 milyon avroluq qiyməti ilə digərlərindən seçilir.

Mənbə: Haber Global

0.083017826080322