Basketbolçularımız Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olublar

3x3 qadın millimiz Tailandda keçirilən beynəlxalq turnirdə ikinci olub.

Bununla bağlı Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Belə ki, 5 aprel tarixində Tailandın Muanq Patum Tani şəhərində 3x3 basketbol üzrə beynəlxalq turnirin həlledici mərhələsi baş tutub. “Paris 2024” Olimpiadasının təsnifat oyunlarına hazırlıq məqsədi daşıyan beynəlxalq turnirdə, 3x3 qadın millimiz “B” qrupundan çıxaraq, turnirin 1/4 final mərhələsinə yüksəlib. Millimiz bu mərhələdə “Sriracha Eagle”(Tailand) klubuna 21-11 hesabı ilə qalib gəlib və adını yarımfinala yazdırıb. Millimiz yarımfinalda isə, Polşanın “Lotto” klubu üzərində 17-16 hesablı qələbəyə sevinib. Finalda güclü “Zoos” (Almaniya) klubuna qarşı gərgin oyunun yekununda 17-15 hesabı ilə məğlub olan 3x3 qadın millimiz beynəlxalq turniri ikinci sırada tamamlayıb.

0.10110807418823