Klublar Arda Güler ​üçün “Real Madrid”ə elçi düşdülər: Futbolçu hansı komandanı seçəcək?

İspaniyanın futbol komandaları “Real Madrid”in türkiyəli oyunçusu Arda Güler üçün kluba təkliflər irəli sürürlər.

“Real Sosyedad” və “Osasuna”dan sonra “Sevilya” da gənc oyunçunu “Real Madrid”dən icarəyə götürmək istəyir.

Xatırladaq ki, ötən yay “Real Madrid”ə transfer olan Arda Güler ​​zədə səbəbindən 6 ay forma geyinə bilməyib.

“Sevilya” Ardanı transfer qarşılığında klubuna qatmaq istəsə də, “Real Madrid” satış qapısını bağladığı üçün klub icarə təklifini irəli sürüb.

İspaniya mətbuatının yazdığına görə, Arda Gülerin növbəti komandası “Real Sosyedad” olacaq.

Mənbə: Haber Global

0.089617013931274