Polis səfirliyə hücum çəkdi, Meksika Ekvadorla diplomatik əlaqələri kəsdi - VİDEO

Meksika Prezidenti Andres Manuel Lopez Obrador respublikanın Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Alisiya Barsenaya Ekvadorla diplomatik əlaqələri kəsməyi tapşırıb.

Buna səbəb Meksikanın Ekvadordakı səfirliyinə polisin hücum edərək ölkənin sabiq vitse-prezidentini saxlaması, eyni zamanda, hadisə vaxtı bir neçə diplomatın xəsarət almasıdır.

“Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasını və Meksikanın Ekvadordakı diplomatik personalının xəsarət almasını nəzərə alaraq, Meksika Ekvadorla diplomatik münasibətləri dərhal kəsdiyini elan edir”, - Meksikanın xarici işlər naziri Alisiya Barsena “X” sosial media səhifəsində yazıb.

Mənbə: TASS

0.20020508766174