“Qobu Park” yaşayış massivində dağılan dayanacaqla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

“Qobu Park” yaşayış massivinin girişindəki dayanacaq yol-nəqliyyat hadisəsi nəticəsində dağılmayıb”.

Bunu hakimiyyet.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İnspektoru Elvin Hacıyev deyib.

O, qeyd edib ki, hadisə baş verən əraziyə DYP əməkdaşları baxış keçiriblər:

“Ərazidə yol-nəqliyyat hadisəsi qeydə alınmayıb və yol hərəkət iştirakçılarına heç bir zərər dəyməyib”.

09:46

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış massivinin girişində quraşdırılan dayanacaq dağılıb.

Bu barədə hakimiyyet.az-a sakinlər xəbər veriblər.

Qeyd olunub ki, dayanacağın hansı səbəbdən dağılması və ya dağıdılması məlum deyil.

Videonu təqdim edirik: 

Əzizə İsmayılova

0.092246055603027