Bakıda nöqsan aşkarlanan binada pilləkən qəfəsi inşa olunub - FOTO/VİDEO

Bir müddət əvvəl bəzi media subyektlərində “Pilot Rezidence” Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli, mansardlı çoxmənzilli yaşayış binasının üçüncü girişində pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin olmaması barədə məlumat yayılmışdı.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin yaydığı xəbərə görə, məlumatla əlaqədar qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən dərhal göstərilən ünvana baxış keçirilib. Həqiqətən, “Pilot Rezidence” MTK-nın Bakı şəhəri, Səbail rayonu, Mstislav Rostropoviç küçəsi, 5 ünvanında inşa etdiyi onbirmərtəbəli yaşayış binasının üçüncü girişindəki pilləkən qəfəsinin birinci mərtəbədəki hissəsinin layihədə sonradan edilmiş dəyişiklik əsasında olmadığı, bununla da sakinlərin gediş-gəlişi üçün çətinlik yarandığı müəyyən edilib.

Agentliyin əməkdaşlarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirdikləri tədbirlər sayəsində MTK tərəfindən pilləkən qəfəsi inşa olunaraq sakinlərin istifadəsinə verilib.

0.082989931106567