İki yaşlı Narının anası: “Yemək almağa belə pulum qalmayıb” - FOTO

İki yaşlı Narının sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə hakimiyyet.az-a onun anası Tünzalə Soltanova məlumat verib.

O bildirib ki, övladı avqust ayının sonunda çaynikin partlaması nəticəsində yanıb.

“Avqustun 24-də evdə dəm çayniki partladı. Bunun nəticəsində övladım Narın yandı. Dərhal xəstəxanaya müraciət etdik. Bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. Orada bir müddət müalicə aldıq. Hazırda müalicələrini evdə davam etdirməliyik. Amma bunun üçün imkanımız çatmır. Hazırda Narının müalicəsi üçün 600 manata ehtiyacımız var. İnanın, vəziyyətimiz o qədər pisdir ki, yemək belə almaqda çətinlik çəkirik. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 592-43-03.

Kart nömrəsi: 4169 7388 3068 7087.

0.077448844909668