İranda keçid-nəzarət məntəqəsinə silahlı hücum: Hərbçilər öldürüldülər - FOTO

İranda bir neçə hərbçi öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Zahidan şəhərinin Sərcəngəl keçid-nəzarət məntəqəsinə silahlı hücum edilib. Silahlı hücum nəticəsində iki hərbçi öldürülüb, biri yaralanıb.

Qeyd edək ki, hələlik hücum edən şəxslərin kimliyi bəlli deyil.  

0.077867031097412