Zaqatalada avtomobil iki gənci vurub

Zaqatalada 18 və 16 yaşlı iki gənci avtomobil vurub.

APA-nın məlumatına görə, rayonun Bəhmətli kənd sakinləri olan 2006-cı il təvəllüdlü Elvin Əziz oğlu Orucov və 2008-ci il təvəllüdlü Yusif Zaman oğlu Zamanlı bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.

İlkin müayinə zamanı gənclər mal tövləsinin çardağından yıxılaraq xəsarət almaları bərədə məlumat veriblər.

Aparılan araşdırma zamanı üzə çıxıb ki, E. Orucovu və Y. Zamanlını maşın vurub.

Hazırda E.Orucov və Y.Zamanlı Zaqatala RMX-nın Cərrahiyyə korpusunun Təcili Yardım şöbəsində həkim nəzarətindədilər.

Yaralılara lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

0.10260701179504