Bundesliqanın 28-ci turunun “Haydenhaym”la oyununda “Bavariya”nın hücumçusu Harri Keyn cari mövsüm çempionatdakı 32-ci qolunu vurub.
Matçın 38-ci dəqiqəsində Keyn Serj Qnabrinin ötürməsi ilə oyunda hesabı açıb. Bu qol ingilis futbolçu üçün rekord olub. Belə ki, Bundesliqa tarixində ilk dəfə turnirdə debüt mövsümünü keçirən futbolçu bu qədər qol vurub.
Əvvəlki rekord (31) 1963/1964 mövsümündə “Hamburq”un və Almaniya millisinin keçmiş oyunçusu Uve Zelerə məxsus idi.
Bir mövsümdə ən çox qol vurma rekordu isə “Bavariya”nın keçmiş hücumçusu Robert Levandovskiyə məxsusdur. O, 2020/2021 mövsümündə 41 qol vurub.
Xatırladaq ki, Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçib.
Mənbə: champioonat.com