Premyer Liqa: “Neftçi” öz meydanında “Sumqayıt”la heç-heçə edib - YENİLƏNİB + VİDEO

Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.

hakimiyyet.az xəbər verir ki, son oyun “Neftçi Arena”da keçirilib.

Turnir cədvəlində “qonşu” olan komandalar - “Neftçi” ilə “Sumqayıt” üz-üzə gəliblər. Görüşdə hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə Yuri Matias avtoqolun müəllifi olub.

“Neftçi”nin cavab qolu özünü 60 dəqiqə gözlədib. Belə ki, 73-cü dəqiqədə kapitan Emin Mahmudov “status-kvo”nu bərpa edib. Yarımmüdafiəçinin penalti zərbəsini qapıçı qaytarsa da, Mahmudov dönən topu ikinci cəhddə qapıdan keçirə bilib.

Qarşılaşma 1:1 hesabı ilə də yekunlaşıb. Bununla xallarının sayını 44-ə çatdıran “Neftçi” turnir cədvəlində üçüncü pilləyə düşüb. Dördüncü sıradakı “Sumqayıt”ın hesabında isə 43 xal var.

Turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” “Səbail”i (4:2), “Zirə” isə “Qəbələ”ni (4:0) məğlub edib.

Qeyd edək ki, XXX turun matçları 12-14 apreldə keçiriləcək.

10:12

Bu gün Misli Premyer Liqasında XXIX tura yekun vurulacaq.

hakimiyyet.az xəbər verir ki, turun son günündə 2 görüş keçiriləcək.

Əvvəlcə “Zirə” ilə “Qəbələ” münasibətlərinə aydınlıq gətirəcəklər. Bununla da tərəflər bir həftə ərzində ikinci dəfə qarşılaşacaqlar. Tərəflər kubokun yarımfinalında da bir-birilərinə rəqibdirlər. Aprelin 3-də eyni məkanda baş tutan ilk yarımfinal matçında “Zirə” doğma azarkeşlərini 2:1 hesablı qələbə ilə sevindirməyi bacarıb.

Günün və turun son qarşılaşmasında prinsipial rəqiblər - “Neftçi və “Sumqayıt” üz-üzə gələcəklər. Bu komandaların duelindən qalib ayrılacaq tərəf ilk “üçlük”də möhkəmlənəcək.

Qeyd edək ki, turun digər oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı 2:1, “Turan Tovuz” “Sabah”ı 2:0, “Qarabağ” isə “Səbail”i 4:2 hesabı ilə məğlub edib.

Misli Premyer Liqası

XXIX tur

7 aprel

16.30. “Zirə” - “Qəbələ”

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Teymur Teymurov, Cavid Cəlilov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zirə İdman Kompleksinin stadionu

20.00. “Neftçi” - “Sumqayıt”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

“Neftçi Arena”

0.10892987251282