“Nyukasl” futbolçusu qarət edildi, avtomobili qaçırıldı

“Nyukasl”ın və İsveç millisinin hücumçusu Aleksandr İsak İngiltərə çempionatının 32-ci turunun “Fulhem”lə oyunu ərəfəsində qarət edilib.

Polis 24 yaşlı isveçlinin şəxsi avtomobilinin oğurlandığını da təsdiqləyib.

Oğurluq zamanı İsakın və ya onun yaxınlarının evdə olub-olmadığı məlum deyil.

Mənbə: football24.ru

0.071606159210205