Səudiyyə Ərəbistanı Superkubokunun ilk yarımfinal matçı baş tutub.
“Əl-İttihad” və “Əl-Vəhda” komandalarının qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Görüşdə hesabı ilk dəqiqədə meydan sahiblərinin 36 yaşlı fransız hücumçusu Kərim Benzema açıb. Bu, futbolçunun 2024-cü ildəki ilk qolu olub. 42-ci dəqiqədə Abdürrəzaq Həmdallah fərqi ikiyə çatdırıb. Qonaqlar yalnız 90+7-ci dəqiqədə bir qol vura biliblər. Hüseyn Əl-İssa “Mançester Yunayted”in keçmiş futbolçusu Odion İqalonun ötürməsindən fərqlənib.
Qeyd edək ki, “Əl-İttihad” finalda “Əl-Hilal”-“Ən-Nasr” cütünün qalibi ilə qarşılaşacaq.