“Krasnodar”ın vingeri Kadi Borgesin agenti Helsio Roberto Alisk müştərisinin “Qarabağ”a qayıda biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Braziliya təmsilçisi futbolçunun Rusiya Premyer Liqa klubundan ayrılmaq fikrində olmadığını açıqlayıb.
“Bu barədə deyəcək heç nəyim yoxdur. Kadi Krasnodardakı hər şeydən razıdır”, - agent bildirib.
Qeyd edək ki, daha əvvəl yayılan xəbərlərə görə, Kadi “Qarabağ”a qayıtmaq istədiyi üçün agentinə transfer üzərində işə başlamaq tapşırığı verib.
Xatırladaq ki, Kadi 2021-2022-ci illərdə “Qarabağ”da çıxış edib. Futbolçunun “Krasnodar”la hazırkı əmək müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.
Mənbə: championat.com