İmişli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin 2015-ci il təvəllüdlü Ə.Xancamov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.