Bakıda kuryer insanlar üçün yemək daşıdığı çantada it gəzdirdi - VİDEO

Bakıda kuryerin yemək çantasında it daşıması diqqət çəkib.

hakimiyyet.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən hakimiyyet.az-a açıqlama verilib.

Qeyd olunub ki, görüntülər artıq sosial şəbəkələrdən götürülərək araşdırılması üçün müvafiq regional bölməyə göndərilib. Araşdırmanın nəticəsi ilə bağlı geniş məlumat veriləcək.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

0.072180986404419