Azərbaycan Basketbol Liqası: “Xəzri”dən gözlənilməz məğlubiyyət

Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.

hakimiyyet.az xəbər verir ki, turun açılış oyununda “Xəzri” və “Sərhədçi” komandaları üz-üzə gəliblər. Görüş ikincinin 98:70 hesablı qələbəsi ilə başa çatıb.

Bu turda “Sumqayıt” “Sabah”a məğlub olarsa, “Sərhədçi” 6-cı pillədən pley-off mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, turun növbəti oyunları “Neftçi” - “Xırdalan”, “Sumqayıt” - “Sabah”, “Cəlilabad” - “NTD-İndiqo” və “Şəki” - “Gəncə” komandaları arasında keçiriləcək.

0.080069065093994