Türkiyə Futbol Federasiyasının (TFF) hazırkı prezidenti Mehmet Büyükekşi növbəti rəhbər seçkisində yenidən namizədliyini irəli sürəcək.
Məlumata görə, prezident seçkisi iyul ayının 18-də keçiriləcək. Namizədlərin siyahısı hələ açıqlanmayıb.
Qeyd olunur ki, Türkiyə nəhəngləri “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş” klubunun rəsmiləri Mehmet Büyükekşiyə namizədliyini geri çəkməsi üçün təzyiq göstəriblər.
Mənbə: Fanatik.com.tr