“Mercedes” komandasının pilotu Lyuis Həmilton karyerasının ən uğursuz mövsümünü keçirir.
Məlumata görə, ingiltərəli təcrübəli pilot 17 illik “Formula-1” karyerasında birinci dəfədir ki, mövsümün ilk dörd yarışında altıncı yerdən yuxarı finiş görə bilməyib.
Lyuis Həmilton sonuncu Yaponiya Qran-prisindən sonra açıqlamasında: “Nə olduğunu anlaya bilmirəm, amma tezliklə toparlanacağıma söz verirəm”, - deyib.
Qeyd edək ki, Lyuis Həmilton Yaponiya Qran-prisini doqquzuncu yerdə başa vurub.
Mənbə: Skysports.com