Bakı-Şamaxı yolunda qəza: Xəsarət alanlar var - YENİLƏNİB + VİDEO

Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 88-ci kilometrində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə nazirliyə məlumat daxil olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər.

Müəyyən olunub ki, VAZ-2107 markalı minik avtomobili ilə “KİA-Ceed” markalı minik maşınının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2107 markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1974-cü il təvəllüdlü Kamil Ceyfun oğlu Baxışovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.  

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

22:11

Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobili ilə “Hyundai” markalı maşın toqquşub, nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəzada xəsarət alanların olduğu bildirilir.

Həmin görüntüləri təqdim edirik:

 

0.21618700027466