Dünyanın ən yaşlı siam əkizləri vəfat ediblər

ABŞ-də siam əkizləri Lori və Corc Şapellər 62 yaşında vəfat ediblər.

Bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.

Əkizlər aprelin 7-də Pensilvaniya Universitetinin xəstəxanasında vəfat ediblər. Şapellər indiyə qədər qeydə alınan ən yaşlı ikinci siam əkizlərindən doqquz il daha çox yaşayıblar.

Lori və Corc 18 sentyabr 1961-ci ildə anadan olublar.

Siam əkizlərinin ölüm səbəbi məlum deyil.

Mənbə: TASS

0.07391095161438