Premyer Liqa: “Neftçi” “Araz-Naxçıvan”la, “Qəbələ” “Turan Tovuz”la üz-üzə gələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha iki oyunu keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, ilk olaraq “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək.

Meydan sahibləri 16 xalla sonuncu, Tovuz təmsilçisi 39 xalla 6-cı pillədə qərarlaşıblar.

Günün digər matçında “Neftçi” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. “Ağ-qaralar” 44 xalla 3-4-cü yerləri bölüşdürürlərsə, Naxçıvan klubu 32 xalla 8-ci sıradadır.

Azərbaycan Premyer Liqası, XXX tur

13 aprel (şənbə)

16:30. “Qəbələ” - “Turan Tovuz”

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

Qəbələ şəhər stadionu

19:00. “Neftçi” - “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elman Musayev

“Neftçi Arena”

Qeyd edək ki, ötən gün “Sumqayıt” - “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

0.048933029174805