Pakistanda silahlıların hücumu nəticəsində 11 nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan çox yaraqlı cümə günü axşam saatlarında Nuşka şəhərindən bir km aralıda milli avtomobil yolunu bağlayıb. Nuşka komissarının müavini Həbibullah Musahel bildirib ki, silahlı qüvvələr maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan mərmilər nəticəsində avtomobillərdən biri aşıb. İki nəfər ölüb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb, doqquz nəfəri qaçıraraq onlarla birlikdə yaxınlıqdakı təpələrin arxasında gizləniblər. Daha sonra səlahiyyətlilər doqquz nəfərin hamısının cəsədinin yaxınlıqdakı körpünün altından tapıldığını bildiriblər. Onlar güllələnib.

Polis silahlı Bəluc separatçı təşkilatının üzvlərinin hücuma görə məsuliyyət daşıya biləcəyini bildirib. Təhlükəsizlik qüvvələri şübhəlilərin tutulması üçün bölgədə axtarış əməliyyatına başlayıb.

Mənbə: TASS

3.1969239711761