Xavinin “Barselona”da qala biləcəyi şərtlər məlum olub

“Barselona”nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər.

Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay “mavi-qırmızılar” Levandovski, Gündoğan, Rafinya, Yamal kimi bütün komanda liderlərini klubda saxlasınlar. İkincisi, ispan mütəxəssis israr edir ki, “mavi-qırmızılar”ın tamamilə yeni alınan oyunçulara ehtiyacı var. Xüsusilə, Xavinin favoritləri “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva, “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi və “Bavariya”nın futbolçusu Yozua Kimmixdir.

Mənbə: Championat

0.13023114204407