İddiaçılar Turniri: Nicat Abasov bu gün növbəti sınağına çıxır

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirində bu gün növbəti görüşünə çıxacaq.

Bu barədə Azərbaycan Şahmat Federasiyasından hakimiyyet.az-a məlumat verilib.

Bildirilib ki, 28 yaşlı qrossmeyster IX turda ABŞ təmsilçisi Fabiano Karuana (FIDE) ilə üz-üzə gələcək.

Abasov ağ fiqurlarla oynayacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Şahmatçılar arasında II tura təsadüf edən ilk görüşdə təmsilçimiz məğlub olub.

Qeyd edək ki, N. Abasov hazırda 2.5 xalla sonuncu - səkkizincidir. 4,5 xala malik Karuana isə vahid beşinci sıradadır.

0.048102140426636