Çin qırıcıları Tayvanın hava hücumundan müdafiə zonasına daxil olublar

Tayvan silahlı qüvvələri adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 18 qırıcı və dronunu qeydə alıb.

Bu barədə Tayvan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bunlar “J-10” qırıcıları, “Y-8” təyyarələri, həmçinin pilotsuz uçuş aparatları olub.

İddiaya görə, 11 təyyarə Tayvan boğazının median xəttini keçərək adanın şimal, mərkəzi və cənub-qərb hissəsində hava hücumundan müdafiə zonasına daxil olub.

Mənbə: TASS

0.1038498878479